Bayram ərəfəsində və bayram günlərində ümumilikdə 100 mindən çox sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
Avtovağzal Kompleksindən bildirilib ki, sərnişin axını ən çox dekabrın 30-dan və yanvarın 2-dək müşahidə olunub. Qeyd olunan tarixlərdə bir gün ərzində 17 mindən çox sərnişin biletlə təmin olunub.
Sərnişinlər yarana biləcək hər hansı neqativ halla bağlı hər gün saat 07:00-dan 23:30-a qədər (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə bilərlər. Eyni zamanda “facebook” və “[email protected]” email ünvanına da yazıb göndərmək mümkündür. Daxil olan hər bir şikayət araşdırılır və lazımi ölçü götürülür.