Bakı finalının bilet gəliri UEFA-ya gedəcək

Bakı finalının bilet gəliri UEFA-ya gedəcək

UEFA Avropa Liqasının final oyununa ev sahibliyinin Bakıya verilməsində dövlət dəstəyi həlledici rol oynayıb.

Milletinsesi.az-ın məlumatına görə, bunu AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən “Futbol və Biznes” sammitində deyib.

O, bildirib ki, Bakı finala ev sahibliyi üçün bir sıra şəhərlərlə rəqabət aparıb. Azərbaycan dövlətinin dəstəyi və təmin etdiyi şərtlər sayəsində bu hüquq Bakıya verilib. Piriyev Avropa Liqasının final matçı üçün bilet satışından əldə olunacaq məbləğ yalnız UEFA-nın büdcəsinə gedəcəyini də əlavə edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək (Report).

Share: