Saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi xəbərə görə, xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız “Həzi Aslanov” – “Xalqlar Dostluğu” sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.
Hazırda tunellərdə qalan qatar yoxdur.