Bakı metrosunda işıqlar söndü

Bakı metrosunda işıqlar söndü

“Bakı Metropoliteni”nin 4 stansiyasında texniki problem yaranıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 yanvar” stansiyalarının daxili işıqlanmasında problem yaranıb: “Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldlrılıb və qatarlar normal qrafiklə hərəkət edir”.

B.Məmmədov bildirib ki, elektrik enerjisində problem yalnız stansiyaların işıqlandırılmasında baş verib, qatar xəttində gərginlik dayanmayıb.

Share: