Posted in Sosial, Xəbər xətti Bakı metrosunda körpə doğuldu Admin August 8, 2025 09:55 Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. Millətin Səsi.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb. Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib. İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.