Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətə söndürüldü.

Ad – 00:24
***
15:54
FHN-in “112” qaynar xəttinə Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


