
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi şosesinin Abşeron rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsindən keçən hissəsində ağırtonnajlı yük maşınları yolda qalıb.
“Report”un məlumatına görə, yolun buz bağlaması səbəbindən 30-a yaxın ağırtonnajlı nəqliyyat vasitəsi hərəkət edə bilməyib ki, bu da tıxacın yaranmasına gətirib çıxarıb.