
Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları Fəxri diplomla təltif olunub.
Modern.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.
“Şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğı, dövlət və dövlətçiliyə göstərilən münasibət, vətənpərvər ideyalarına görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Mərkəzimizin icraçı direktoru Dos. Dr. Asiman Həsənov başda olmaqla, Bakı Sağlamlıq Mərkəzinin dörd əməkdaşına Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri və İdarə Heyəti tərəfindən Fəxri diplom təqdim olundu. Görüş zamanı qeyd edilib ki, Bakı Sağlamlıq Mərkəzinin haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə və hərbçilərimizə göstərdiyi xidmət və qayğı təqdirəlayiqdir.
Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov birdirdi ki, vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və bütün çətinliklərə sinə gərən qeyrətli vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, şəhid ailələrinin və qazilərimizin sağlamlığının keşiyində durmaq hər birimizin borcudur”, – məlumatda deyilir.