Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib.
APA-nın məlumatına görə, Bakı şəhər sakini, 1982 -ci il təvəllüdlü Ramin Abdullabəyli bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. R.Abdullabəyli bildirib ki, tanışı, 1966-cı il təvəllüdlü Elçin Əlizadə onu aldadaraq 32 min dollar pulunu alıb.
Faktla bağlı araşdırma aparılır.