![](https://milletinsesi.az/wp-content/uploads/2019/04/5cc2bae61884e_manat_221217_1.jpg)
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.