Bakı sakinindən 6 kq narkotik götürüldü

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Milletinsesi.az xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirov paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin və metamfetamin aşkar edilmişdir.

Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 5 kq 385 qram heroin və 414 qram metamfetamin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qrupun digər üzvü – Abşeron rayon sakini L.Abuzərova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülmüşdür.

 

Share: