Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci kilometrində asfalt-beton örtükdə eninə çat əmələ gəlib.
Milletinsesi.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qeyd edib. O bildirib ki, həmin çatın yaranma səbəbləri mütəxəssislər tərəfindən araşdırılıb:
“Sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb.
Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.
Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək”.