Bakı separatçı-terrorçulara hökm oxudu – Rusiyadan ilk reaksiya

Bakı separatçı-terrorçulara hökm oxudu – Rusiyadan ilk reaksiya

Ötən gün Bakı Hərbi Məhkəməsində Qarabağdakı keçmiş separatçı-terrorçu qruplaşmanın rəhbərlərinə hökm oxunmasınaRusiyadan ilk reaksiya gəlib.

Millətin Səsi.az xəbər verir ki, Rusiyanın hakim “Vahid Rusiya” fraksiyasının üzvü, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ənənəvi antiazərbaycan mövqeyini növbəti dəfə nümayiş etdirərək, “Lazarev Klubu”nun İdarə Heyətinin koordinatoru kimi “erməni klubu”nun bəyanatını yayıb.

Zatulin bəyanatda Əbu-Dabidəki Zayed Sülh Mükafatının təqdimatı ilə bu hökmün elan edilməsi arasında konspiroloji uyğunluq “tapır”, həmçinin Ermənistan Baş naziri Nikol Paşinyandan qisas almağa girişir, onu Qarabağı təslim etməkdə ittiham edir.

Yada salaq ki, diasporun pulu ilə erməni revanşistlərə xidmətinə, Paşinyanı sərt tənqidinə və Ermənistan müxalifətinin üzvü kimi davrandığına görə Zatulinin Ermənistana girişi yasaq edilib.

Zatulin bəyanatda Paşinyanı “həmvətənlərini azad etmək üçün barmaq tərpətməməkdə” də ittiham edir və Ermənistan hakimiyyətinə tənqidlər yağdırır, Azərbaycandan isə cinayətkarları “dərhal azad etməyi” tələb edir.

Share: