Bakı-Sumqayıt istiqamətində əlavə avtobuslar xəttə buraxılır

Sentyabrın 15-dən Bakı-Sumqayıt-Bakı istiqamətində əlavə avtobuslar xəttə buraxılacaq.

Bu barədə Milletinsesi.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, əlavə avtobusların xəttə buraxılmasına səbəb yeni tədris ilinin başlaması ilə bağlı sərnişinlərin sayının artmasıdır.

Share: