Bakı və Moskva ilə bunu müzakirə edirik – Mirzoyan

Ermənistan Azərbaycan və Rusiya ilə sərhəddə təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir.

Milletinsesi.az  xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiqdir və Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə birgə komissiya yaratmağa hazırdır:

“İndi biz Azərbaycan və Rusiya tərəfi ilə sərhəddə təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasına gətirib çıxaracaq vasitələri müzakirə edirik. Müxtəlif təkliflərin verildiyini demişdim. Danışıqlar davam edir”.

Share: