Bakı və Samux sakinlərindən odlu silahlar götüldü

Bakı və Samux sakinlərindən odlu silah götülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildirilib ki, Samux RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini S.Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəng aşkar edilərək götürülüb.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbə sakini N.Dünyamalıyevdən “İJ” markalı ov tüfəngi götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Share: