Bakıda ən soyuq və ən isti hava şəraiti 2012, 2018-ci illərdə olub

Bakıda son illər ərzində ən isti temperatur 2018-ci ildə müşahidə edilib. Həmin vaxt Bakıda qeydə alınan ən yüksək temperatur 44 dərəcə olub.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ən soyuq hava şəraiti isə 2012-ci ilin fevralında olub. Həmin il Bakıda 1969-cu ilin rekord göstəricisi (- 9 dərəcə) yenilənib. 2012-ci ildə Bakıda rekord göstərici fevralın 8-də -11 dərəcə olmaqla qeydə alınıb.

windows 10 pro

Share: