Bakıda ər toyda arvadını BIÇAQLADI

Bakıda ər toyda arvadını BIÇAQLADI

Bakının Xətai rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətindən bildirilib ki, mayın 9-u Məhəmməd Hadi küçəsində yerləşən “Təbrik” şadlıq evində keçirilən mərasim zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova 1982-ci il təvəllüdlü həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

 

APA-nın mlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, V.Abbasova toyda ərinə ondan boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Mənbə

Share: