Bakıda 10 direktor işdən çıxarılıb

Yeni tədris ilində Bakıda 10 məktəb direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək münasibətlərinə xitam verilib.

Bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən, 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə yeni təyinat olub, 13 məktəb direktorunun iş yeri dəyişdirilib. 111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

R.Tağıyev bildirib ki, 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib. Bundan əlavə, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş hədinə çatmış 27 direktorla (1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268) müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

Share: