Ötən gecə Bakıda döyülmə faktı qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə saat 22 radələrində Binəqədi rayon, 1-ci mədəndə baş verib. Evinin yaxınlığında döyüldünü deyən 2004-cü il təvəllüdlü Əliyeva Zeynəb Şahvələd qızı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Ona alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.