Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 18-i qızıl, altısı gümüş nişana layiq görülüb.
Bu barədə idarədən məlumat verilib.
Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 85, 156, 182, 183 (iki nəfər), 229, 232, 240, 247, 272, 279, 316 nömrəli tam orta məktəblərin, 83 nömrəli məktəb-lisey, 220 nömrəli məktəb-lisey (dörd nəfər), 291 nömrəli Ekologiya liseyinin şagirdləri qızıl, 17, 55, 76, 257, 275, Texniki-humanitar liseyin şagirdləri isə gümüş medalla təltif edilib.
Qeyd edək ki, namizədlərin qızıl və gümüş nişana layiq görülməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.