Bakıda 44 yaşlı qadını avtomobil vurub

Bakıda 44 yaşlı qadını avtomobil vurub

Bakının Yasamal rayonunda 44 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçən piyada, 1979-cu il təvəllüdlü Salmanova Sənubər Xəlilağa qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə

Share: