Bakıda ana qızını bıçaqladı

Bakıda ana qızını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Millətin Səsi.az  xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Şuşa şəhərciyində yaşayan 1985-ci il təvvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib.

Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qol və sinə nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Teleqraf.az

Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.

Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Share: