Bakıda “anti-karona” çörəyi satılır- Fırıldağın son həddi

Bakıda üzərində anti-karonavirus yazılmış çörək satılır.

“Millətin Səsi.az” xəbər verir ki, bu barədə  sosial şəbəkələrdə məlumat yayılıb. “Balaxanı çörəy”in istehsallı iddia edilən məhsul ciddi müzakirə mövzusuna çevrilib.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə  görə, dünyada karonavirusa qarşı hər hansı bir peyvəndin tapılmadığı halda belə hallara yol verilməsi yalnız vətəndaşların aldadılması deməkdir.

Qeyd edək ki, üzərinə küncüt vurulan adıçəkilən çörək aprel ayında istehsal edilib və künçütün koronavirusa qarşı hər hansı təsiri haqqında sınaq keçirilməyib.

Share: