Bakıda avtomobil 24 yaşlı gənci vurub

Bakının Yasamal rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Moderator.az-ın məlumatına görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Məmmədova Aydan Azad qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Fakt araşdırılır.

Mənbə

Share: