Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə avqustun 15-i saat 20 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qeydə alınıb..
Belə ki, paytaxt sakini F.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Tofiq Bağırovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.