Bakıda avtomobil yeniyetməni vuraraq ayağını sındırıb

Bakıda avtomobil yeniyetməni vuraraq ayağını sındırıb

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

“Report” xəbər verir ki, avtomobil 2008-ci il təvəllüdlü Vəlizadə Hüseyn Barat oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə

Share: