Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yolu keçən Şərur rayon sakini Əfsər Abdullayevi Bakı şəhər sakini Ş.Muradov idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.