Sabah Baknın Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Milletinsesi.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – açıqlamada qeyd olunub.