Bakıda dəhşətli qəzadan sonra partlayış olub: Ölən və xəsarət alanlar var

“Yanğın 80 dəqiqəyə söndürülüb”.

 

Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, əraziyə 12 texnika və 65 şəxsi heyət cəlb olunub.

 

“Məlumat daxil olan kimi yanğın bölmələri hadisə yerinə cəlb olunub.

 

Yanğının baş verməsinə səbəb 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşmasıdır. Bu toqquşmadan sonra 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi “Mercedes”ə çırpılıb”.

 

Ə.Novruzov qeyd edib ki, hadisədən sonra “Mercedes” markalı avtomobilin sürücüsü partlayış nəticəsində dünyasını dəyişib:

 

“Opel” tamamilə kül olub. Avtomobildə olan 2 nəfər şəhər xəstəxanasına aparılıb. “KamAZ”ın arxa təkərləri yanıb. Sürücüsü ilə bağlı məlumat yoxdur”.

11:56

Səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş dəhşətli qəzadan sonra ərazidə dəhşətli mənzərə yaranıb. 

Partlayış nəticəsində 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaq daşıyan avtomobil bir neçə hissəyə parçalanıb.

Partlayışın gücündən nəqliyyat vasitəsinin çəni kuzovundan ayrılıb. 

42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını isə daşla yüklü olduğundan qəzadan qismən az zərərlə çıxıb. Zərbənin gücündən onun daşıdığı mişar daşları yola dağılıb. 

Qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi tamamilə kül olub. 

10:34

Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində dəhşətli qəzadan sonra baş verən yanğın söndürülüb.

 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

 

Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı “Opel”, 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” və 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobillər toqquşub. 

 

Qəza nəticəsində “Mercedes”in sürücüsü həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə

Share: