Bakıda məktəbdə şagird döyülüb.
Modern.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə baş verib. 10 yaşlı V.M. digər məktəbli tərəfindən döyülüb.
Bu barədə zərərçəkmiş şagirdin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət ediblər.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün öncə Sabunçu rayonunda yerləşən 310 nömrəli məktəbdə müəllimin 4-cü sinif şagirdini döydüyü iddia olunurdu.