Bakıda DƏHŞƏT: Kababçını öldürən şəxs saxlanıldı

Keşlədə tanışını bıçaqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Moderator.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

 

Bildirilib ki, aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış istintaqla 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam etdirilir.

 

Qeyd edək ki, A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Naməlum müştəri kabab alarkən ona irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə tərəflər rastlaşıblar və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş verib.

 

12:26

 

Bakıda qətl hadisəsi olub.

 

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada naməlum şəxslə 31 yaşlı Anar Malik oğlu Quliyev arasında mübahisə yaranıb. Nəticədə A.Quliyev bıçaqlanıb və Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o dünyasını dəyişib.

A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Naməlum müştəri kabab alarkən ona irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə tərəflər rastlaşıblar və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş verib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: