Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək ölüb

Bakı Şəhər Prokurorluğu paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində iki nəfərin kanalizasiya quyusunda ölməsi ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Prokurorluğundan Milletinsesi.az-a verilən məlumatda bildirilir ki, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər prokurorluğuna tapşırılıb.

Share: