Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürdü

Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan AAC MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Millətin Səsi.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulan quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Share: