Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü

Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü

Bakıda güclü külək nəticəsində ölən şəxsinkimliyi məlum olub.

Millətin Səsi.az  Oxu.az-a istinadla xəbər verir ki, hadisə fevralın 4-ü saat 15 radələrində paytaxtın Xətai rayonu, Zeytun küçəsində baş verib.

Güclü külək Zeytun küçəsində yerləşən hasarı uçurub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Rüfət Qasımov uçqun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share: