Bakıda iki həftə əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb.
“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, noyabrın 16-da Məmmədov Abdulla İsrafil oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə 1955-ci il təvəllüdlü Şəmsiyyət Zeynalovanı vurub.
Yaralı qadın dünən 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.