Bakıda küçədən tapılan kişi xəstəxanada ölüb.
Hadisə Xətai rayonunda qeydə alınıb. Rayon ərazisində ağır vəziyyətdə aşkar edilən bir kişi dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o ölüb.
Araşdırmalar zamanı həmin şəxsin 1968-ci il təvəllüdlü Müslüm Qurbanov olması müəyyənləşib. Onun qaraciyər serozundan öldüyü bildirilir.
Araşdırma aparılır. (oxu.az)