Bakıda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapıldı

Bakının Səbail rayonunda mənzildən qadın meyiti tapılıb.

“Milletinsesi.az” FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1950-ci il təvəllüdlü Axundova Afak İsmayıl qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Share: