Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

 Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.

Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib.

İlkin araşdırmalarla Y.Cəfərovun maşında özünü güllələyərək intihar etməsi məlum olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Share: