Bakıda ödəmə terminalından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-nə keçən gecə rayon ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından 3438 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini M.Lətifov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.