Bakıda ölümlə nəticələn yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, yanvarın 2-də saat 23 radələrində Sabunçu rayonu H. Əliyev prospektində Gədəbəy rayon sakini R. Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.
Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.
Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.