Paytaxtın Səbail rayonunda quldurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də F.Məmmədovu bıçaqla hədələyərək quldurluq yolu ilə 195 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.