İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır.
Report-un xəbərinə görə, bunu Bakı Lifttəmir İstehsalat Birliyinin sədri Xalid Ələkbərov deyib.
O qeyd edib ki, növbəti mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılacaq:
“Məqsəd istifadəyə yararsız liftlərin yeniləri ilə əvəzlənməsidir”.
X.Ələkbərov bir liftin qiymətinin 12 800 ABŞ dolları olduğunu deyib.