Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 274 kvadratmetr (hər mərtəbəsi 137 kvadratmetr) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərdən (mağaza və restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.