Paytaxtın Binəqədi rayonunda yerləşən mağazalardan birinə 100 manatlıq saxta əskinas verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində işlədiyi mağazada E.Məsimova 1 ədəd 100 manatlıq saxta əskinas verməkdə sübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılıb.