Bakıda silahlı İNSİDENT – YENİLƏNİB 

Bakıda silahlı İNSİDENT – YENİLƏNİB 

Bakıda baş verən silahlı insidentin detalları açıqlanıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib. Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

 

İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

 

***

12:47

Bakıda silahlı insident olub.

 

Modern.az xəbər verir ki, atışma “Bravo” marketində olub.

 

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir. Detalları məlum deyil.

Mənbə

Share: