Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayında keçirilən toy mərasimində qeydə alınıb.
Mərasimdə yaranan mübahisə zamanı 3 nəfər – 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu və 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu bıçaqlanıblar.
Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır (Report).