AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.
Moderator.az xəbər verir ki, milli assosiasiyanın inzibati binasında təşkil edilən tədbirə 25 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara üçgünlük kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb.
AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən ilkin futbol bilikləri haqqında məlumat verilib.