Bakıda Zəfər Gününə həsr olunan motokross çempionatı keçirilir

Bakıda Zəfər Gününə həsr olunan motokross çempionatı keçirilir

Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan motokross çempionatı keçirilir.

Milletinsei.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanda motoidmanın inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini yad etməkdir.

Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov bildirib ki, bu çempionat təkcə idman tədbiri deyil:

“Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəslə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motoidman həvəskarlarını və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik”.

Çempionatda ölkənin ən güclü motokross idmançıları ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş pilotlar da iştirak edirlər. Tamaşaçılar həyəcanlı mərhələlər, nümunəvi çıxışlar, motoşou və motosiklet sərgilərinə şahidlik edəcəklər.

Qeyd edək ki, ənənəvi xarakter daşıyacaq motokross çempionatının növbəti illərdə də Zəfər Gününə həsr olunmaqla silsilə şəkildə keçirilməsi planlaşdırılır.Oxu.Az

Murad Nəsimi

Share: