Bakıdan Ankaraya sərnişin qatarı açılır

Bakıdan Ankaraya sərnişin qatarı açılır

Bakı-Ankara qatarı bu ilin avqust ayında fəaliyyətə başlayacaq.

Qaynarinfo.az xəbər verir ki, səfərlər həftədə 1 dəfə Azərbaycan Dəmiryolları QSC tərəfindən “Stadler” şirkətindən alınmış qatarlar vasitəsilə həyata keçiriləcək. Gedişin qiyməti 97-201 AZN (350-800 tl) arasındadır, səfərin müddəti isə 40 saatdan çox olacaq. Qatar eyni anda 246 sərnişinə xidmət göstərə biləcək. 4 nəfərlik ailə, qruplar, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar nəzərdə tutulub. Qatarda 53 ekonom, həmçinin yüksək komfortlu kabinetlər var. Yemək servisi 28 nəfərlik yeməkxanada Azərbaycan Dəmiryolları tərəfindən təşkil ediləcək.

Gələn ildən etibarən Bakı-Ankara qatarı üzrə həftədə 2 dəfə səfər həyata keçiriləcək.

Share: